Menu

Rusiya qoşunlarının böyük karvanı Kiyev yaxınlığında dayanıb - Hərəkət etmir

04.03.2022, 23:37
Rusiya qoşunlarının böyük karvanı Kiyev yaxınlığında dayanıb - Hərəkət etmir

Ukraynanın paytaxt Kiyev yaxınlığında Rusiya qoşunlarının böyük karvanı dayanıb.

“Report” ZN.UA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumata görə, Rusiya hərbçilərinin böyük karvanı Kiyevdən 25 kilometr məsafədə yerləşir.

Qeyd olunur ki, hazırda hərbi karvan Kiyevə doğru hərəkət etmir. Ukraynanın hücumları və körpülərdən birinin partladılması karvanın hərəkətini ləngidib.

Həmçinin Rusiya qoşunları ölkənin şimalında - Çerniqov və Xarkov yaxınlığında yerləşir, lakin cənubda irəliləməyə davam edir. Eyni zamanda, Mariupol Ukraynanın nəzarətində qalır, Odessaya gözlənilən hücum əlamətləri hələ müşahidə edilmir.

Şərhlər

Veteran 2022-03-05 21:35:20

Bunları dronlarla məhv etmək lazımdır.Hazır mişendirlər.Nəyi gözləyirsiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol