Menu

Bu gün Amnistiya Aktının icrası başa çatır

05.03.2022, 10:11
Bu gün Amnistiya Aktının icrası başa çatır

Bu gün 8 Noyabr- Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrası başa çatır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı martın 11-də nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol