Menu

UKRAYNANI RUSİYA İLƏ DANIŞIQLARDA TƏMSİL EDƏN ŞƏXS XAİN ÇIXDI - Güllələndi + FOTO (16+)

05.03.2022, 16:47
UKRAYNANI RUSİYA İLƏ DANIŞIQLARDA TƏMSİL EDƏN ŞƏXS XAİN ÇIXDI - Güllələndi + FOTO (16+)

Ukraynanı danışıqlarda təmsil edənlərdən biri xain çıxdı -Güllələndi – Foto

Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən heyət üzvlərindən birinin vətən xaini çıxdığı məlum olub.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidməti Ukrayna tərəfini Qomeldə keçirilən birinci danışıqlarda təmsil edən Denis Kireevin xain olduğunu, Rusiya tərəfinə məxfi məlumatlar ötürdüyünü üzə çıxarıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları onu saxlamaq üçün xüsusi əməliyyat keçirib.Kireyev saxlanılan zaman ölüb. Hadisənin dəqiq təfərrüatı məlum deyil.

Ancaq bəzi məlumatlara görə, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onu ələ keçirmək istəyərkən Kireev silahlı müqavimət göstərib. Buna görə də xidmətin əməkdaşları Kireevi güllələyiblər. Bu xəbəri millət vəkili Aleksandr Dubinski də təsdiqləyib. 

Qeyd edək ki, Kireev Ukraynada tanınmış iş adamlarından biri və bankir olub. O, 1977-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Maliyyə sektorunda çalışıb.

“AzPolitika.info”

Şərhlər

Camaat 2022-03-06 15:00:29

Harda xalqının qanını sümürən rus köpəklərinin ayaqaltıları varsa, taleyi bundanda betər olacaq.

Veteran 2022-03-05 21:04:25

Satqınların sonu gorbagorluqdur.

t.ədalət 2022-03-05 20:09:03

Bizdə Rusiyaya işləyən casusları cəzalandırmaq lazımdır......

Eli 2022-03-05 16:35:07

Her bir milletin faciesi onun içerisinde “sapı özümüzden olan baltaların” xüsusi çekisi ike ölçülür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol