Menu

Ukraynada 32 uşaq öldürülüb - 70-i yaralanıb

05.03.2022, 17:52
Ukraynada 32 uşaq öldürülüb - 70-i yaralanıb

Rusiyanın Ukraynaya qoşun yeritməsi nəticəsində 32 ukraynalı uşaq öldürülüb, 70-i yaralanıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin uşaq hüquqları və reabilitasiyası üzrə səlahiyyətli nümayəndəsi-müşaviri Darina Gerasimçuk bildirib.

O qeyd edib ki, 1,5 milyona yaxın uşaq hazırda mühasirədədir. Onların arasında valideyn himayəsindən məhrum və əlil uşaqlar da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol