Menu

ÜÇÜNCÜ RAUNDUN VAXTI VƏ YERİ AÇIQLANDI - Polşa-Belarus sərhədində keçiriləcək

05.03.2022, 22:55
ÜÇÜNCÜ RAUNDUN VAXTI VƏ YERİ AÇIQLANDI - Polşa-Belarus sərhədində keçiriləcək

Ukrayna-Rusiya danışıqlarının üçüncü raundu Polşa-Belarus sərhədində keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” parlament fraksiyasının sədri David Araxamia bildirib. 

Görüş həftənin birinci gününə planlaşdırılır.

***

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu yaxın bir-iki gün ərzində baş tutacaq. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Görüş növbəti bir-iki gündə olacaq. Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, - o deyib.

Müşavirin sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol