Menu

Fəzail Ağamalı kliniki ölüm keçirib - Özü AÇIQLADI

06.03.2022, 10:41
Fəzail Ağamalı kliniki ölüm keçirib - Özü AÇIQLADI

Milli Məclisin deputatı Fəzail Ağamalı iki ay əvvəl ürəyindən əməliyyat olunarkən kliniki ölüm keçirib.

F.Ağamalı bu barədə REAL TV-nin “Göstərir radio” verilişində bildirib.

“Mən 55 yaşınadək dərman içməmişəm. Sonralar səhhətimdə ciddi problemlər əmələ gəldi. Faktiki olaraq, iki dəfə ölümü o dünyada görüb qayıtmışam, ciddi əməliyyatlardan keçmişəm. Elə iki ay öncə ürəyimdən əməliyyat edilərkən kliniki ölüm keçirmişəm. Həkimlərin səyi nəticəsində 16-17 saatdan sonra özümə gəlmişəm. Ayılanda özümü dərk edə bilmədim, danışmaq istədim, alınmadı. Ağır vəziyyətlərdə çalışmışam ki, yaxınlarım bilməsinlər. Düşünmüşəm ki, mənim yanımda olsalar, əziyyət çəkərlər...” - deyə, Fəzail Ağamalı bildirib.

Şərhlər

Elçin 2022-03-07 10:00:06

Çox maraqlıdır sənin üçün narahat olan varmı hələ?

Çingiz 2022-03-07 09:57:14

Hüseyin Abdullayev yumruğundan sonra o vəziyyətə düşmüsən.

duputata 2022-03-06 14:47:48

sən elə indi də özüvü dərk edə bilmirsən

İsmayıl 2022-03-06 13:44:21

Sən çoxdan ölmüsən xəbərin yoxdur

qaraguruh 2022-03-06 11:57:50

bəs onda niyə insanlara bu qədər pisliklər edirsən? Hüsen Abdullayev də ALLAH yaradıb-sənin üzündən türmədə yatır

t.ədalət 2022-03-06 11:17:16

Heyif ki mərhum Füzuli Ağamalıyevin Fəzail kimi bir qardaşı var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol