Menu

Rusiyanın məhv edilən hərbçilərinin və hərbi texnikasının sayı açıqlandı

06.03.2022, 11:49
Rusiyanın məhv edilən hərbçilərinin və hərbi texnikasının sayı açıqlandı

Ukraynanın Müdafiə Nazirliyi fevralın 24-dən martın 6-dək olan müddət ərzində Rusiyanın itkiləri barədə məlumat yayıb.

“Report” Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 11 mindən çox hərbçisi ölüb.

Məlumata görə, Rusiya ordusu 285 tank, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarə, 44 hərbi helikopter, 447 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.

Şərhlər

t.ədalət 2022-03-06 12:21:33

Boş yerə Putinin qətliamına məruz qalan bu hərbiçilərin,bəs,valideynləri hara baxır?Balası ölmüş adamın nədənsə qorxub çəkinməsi ağıla batan deyil.Rusiya bir zavallının zavalına qurban verilir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol