Perm şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Ukraynadakı hərbi əməliyyatları əleyhinə keçirilən icazəsiz mitinqin 20-dən artıq iştirakçısını saxlayıblar.
Bu barədə «Kommersant» qəzeti xəbər verib.
Nəşrin qeyd etdiyi kimi, Permdə aksiyanın keçirildiyi yerdə onlarla adam toplaşıb. Onlar əldəqayırma plakatlar çıxardıblar, amma yaxındakı polislər etirazçıları saxlamağa başlayıblar və onları polis avtobuslarına doldurublar.
AzPolitika.info


Şərhlər