Menu

Prezident şəhid polkovnik-leytenantın xanımını da təltif etdi - FOTO

07.03.2022, 13:33
Prezident şəhid polkovnik-leytenantın xanımını da təltif etdi - FOTO

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib. Təltif olunanlar arasında Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə də var.

Qeyd edək ki, S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.

Raquf Orucovla Sevinc Alızadənin 2 övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol