Menu

Ukrayna səmasında Rusiyanın daha 2 təyyarəsi vurulub

07.03.2022, 23:59
Ukrayna səmasında Rusiyanın daha 2 təyyarəsi vurulub

Ukraynanın paytaxtı Kiyev səmasında daha iki rus təyyarəsi vurulub. "Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı feysbukda bildirib.

Bununla da müharibənin 11 günü ərzində vurulan təyyarələrin sayı 46-ya çatıb. Bununla yanaşı, Rusiya tərəfi 68 helikopter itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol