Menu

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürülüb

08.03.2022, 11:34
Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Lvova köçürülüb

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyə məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Bildirilib ki, səfirliklə aşağıdakı "Qaynar xətt" nömrələri ilə əlaqə saxlamaq olar:

+380 73 5050000
+380 99 408 99 43

Şərhlər

ELMAN 2022-03-08 14:44:13

SƏFIRLIYIN 40 IŞÇISI ORADAKI VƏTƏNDAŞLARI TALENUN ÜMİDİNƏ QOYUB E.AXUNDOVA İLƏ BİRLİKDƏ BAKLYA QÇDIQDAN SONRA SƏFIRLIKDƏ KİM QALIB KI? NƏYİ KÖÇÜRÜBLƏR?

Elya x. 2022-03-08 12:27:06

Boş şeydir. Onsua da telefonları açan yoxdur. Bəlkə də səfirlikdə heç kim yoxdur. Hamı Bakıdadır. Bəs səfir xanım haradadır? O da Lvovdadır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol