Menu

ÖLDÜRÜLƏN RUS ƏSGƏRLƏRİNİN SAYI AÇIQLANDI - Rusiyanın itkilərinin son statistikası

08.03.2022, 12:07
ÖLDÜRÜLƏN RUS ƏSGƏRLƏRİNİN SAYI AÇIQLANDI - Rusiyanın itkilərinin son statistikası

Savaşın 13-cü günündə Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri rəsmi “Facebook” hesabından Rusiyanın ümumi itkiləri ilə bağlı son statistik məlumatları paylaşıb.

Rusiya ordusunun Ukrayna ərazisindəki ümumi döyüş itkiləri martın 8-nə olan məlumata görə, təxminən 12 min nəfər təşkil edib.

Qurumdan bildirilib ki, Ukrayna ordusu indiyə qədər ümumilikdə rus işğalçıların 303 tankını, 1036 BBM-ni, 120 artileriya sistemini, 56 MLRS-ni, 27 hava hücumundan müdafiə sistemini, 48 döyüş təyyarəsini, 80 helikopterini, 474 avtomobilini, 3 gəmisini, 60 yanacaq çənini, 7 PUA-sını məhv edib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi nəticəsində çətinləşir”, - məlumatda deyilir.

“AzPolitika.info”

Şərhlər

Vuqar Memmed.oglu 2022-03-08 13:14:08

Putin axmaq adamdı!

Vuqar Memmed.oglu 2022-03-08 13:10:43

BƏS SİZ HEC BİLİRSİNİZ BU TANK VƏ TƏYYARƏDƏN ONLARDA NƏ QƏDƏR VAR?

t.ədalət 2022-03-08 12:15:43

Faktlar göstərir ki,Putin rus xalqının da qanını içən bir yırtıcıdır.Boş yerə qurban verən bu qədər rus kişiləri dünyanın hər yerinə səpələnib kişi axtaran rus qadınlarına qarşı da bir zərbədir.Bu müharibədə orta hesabla iyirmi min kişi itirən Putinin rus qadınlarını ərsiz qoymaqda,görəsən,məqsədi nədir?...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol