Menu

Atəşkəsi qoruya bilməyən sülhməramlılar - VİDEO

08.03.2022, 13:49
Atəşkəsi qoruya bilməyən sülhməramlılar - VİDEO

Son günlər sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə ermənilərin atəşkəsi pozması deməyə əsas verir ki, Andrey Volkov (sülhməramlı kontingentin komandanı) üzərinə düşən vəzifəni icra edə bilmir.

Maraqlısı odur ki, Volkovun xidməti dövründə atəşkəs hallarının pozulması sələflərinin dövrü ilə müqayisədə daha intensiv hal alıb. Belə olan halda isə təbii ki, Azərbaycanın haqlı olaraq sülhməramlılara etimadı azalır.

Atəşkəsin pozulmasında sülhməramlıları günahkar bilməyimiz əbəs yerə deyil. Çünki Vətən müharibəsində darmadağın olan, üstündən il yarım keçməsinə baxmayaraq hələ də iflic vəziyyətdə qalan başıpozuq silahlı qruplaşmanın buna cəsarəti çatmazdı. Görünür onların bu dırnaqarası hünəri məhz sülhməramlılardan qaynaqlanır.

Düşünülür ki, ya sülhməramlılar ermənilərin əlində yumşaq desək oyuncağa çevrilib, bir söz deyə bilmirlər, ya da qəsdən göz yumurlar. Bu isə onsuz da fəaliyyəti qənaətbəxş olmayan sülhməramlıların, uğursuz damğasının onlara necə yaraşdığını bir daha sübut edir. Volkov kimi sülhməramlı hərbçilərin fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülhün yaranmasında Rusiyanın gördüyü işlərə də kölgə salır.

Ətraflı Baku TV-nin süjetində:

Şərhlər

B.Qarabağlı 2022-03-08 19:02:05

32 il öncə milyon nəfərlik Bakıda Kreml hərbçiləri Azərbaycan Milisi ilə axşamlar hər ailədə üzvlərini qeydiyyar üzrə yoxlayır, kənar və onların müşahidə etdiyi şübhəli şəxlər haqqında xəbər alırdılar! Bir aya Bakıda bu mümkündüsə indi 25 minlik yuxarı Qarabağda bu təftiş və tam asayiş bir ilə nədən mümkün olmur?

Qasanaqa mirzəyev 2022-03-08 15:25:17

Volkov üzərinə düşən vəİfəni licra edir,ona tapşırılan tərzdə.. volkov kicik fiqurdu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol