Menu

JCB Rusiyada əməliyyatlarını dayandırır

08.03.2022, 14:07
JCB Rusiyada əməliyyatlarını dayandırır

Yaponiyanın ödəniş sistemi JCB (Japan Credit Bureau) Rusiyadakı əməliyyatlarını dayandırmaq qərarı verib.

“Report” “TASS”-a istinadən xəbər verir ki, ödəniş sisteminin Rusiyada buraxdığı kartlar xaricdə, başqa ölkələrdə buraxılanlar isə Rusiya ərazisində dəstəklənməyəcək. Bu tədbirlər 14 martda qüvvəyə minəcək.

Rusiyaya qarşı sanksiyalar fonunda beynəlxalq ödəniş sistemləri “MasterCard” və “Visa” bu ölkədəki fəaliyyətlərini dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol