Menu

"Putin Ukraynanı məğlub edə bilməyəcək" - Bayden

08.03.2022, 22:59
"Putin Ukraynanı məğlub edə bilməyəcək" - Bayden

"Rusiya Prezidenti Vladimir Putin heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək".

APA UNİAN-a istinadla xəbər verir ki, ABŞ prezidenti Co Bayden buna əmin olduğunu bildirib.

"Ukrayna heç vaxt Putin tərəfindən tutulmayacaq. O, bir şəhəri tuta bilər, amma bütün ölkəni tuta bilməz”, - deyə Bayden bəyan edib.

Eyni zamanda Bayden ABŞ Konqresini Ukraynaya dəstək üçün 12 milyard dollarlıq paket qəbul etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol