“The Associated Press”in xəbərində deyilir ki, Hindistanla Pakistan arasındakı sərhəddə partlayış baş verib. Nəticədə 45 nəfər həlak olub. Hadisə Laxor şəhərinin yaxınlığındakı Baqax kəndində qeydə alınıb.
Agentliyin məlumatında deyilir ki, hələ ki, həkimlər 35 nəfərin öldüyünü təsdiq ediblər. Bundan başqa 70 nəfər müxtəlif dərəcəli yara almış şəxs xəstəxanaya yerləşdirilib. Türkiyə KİV-ləri isə məlumat yayıb ki, ölənlərin sayı 45 –dir, baş verən hadisə də intiharçı terrorçu tərəfindən törədilib.
İlkin olaraq polis hadisənin qaz balonlarının partlaması səbəbindən baş verdiyini iddia edirdi. İndi isə polis partlayışın terror aktı kimi araşdırıldığını bildirir.(musavat.com)


Şərhlər