Menu

“Bu, Leninqradın mühasirəsini xatırları” – “Bu mənasız zorakılıq dayandırılmalıdır”

10.03.2022, 15:15
“Bu, Leninqradın mühasirəsini xatırları” – “Bu mənasız zorakılıq dayandırılmalıdır”

Mariupoldakı doğum evinə aviazərbələrdən sonra BMT-nin Baş katibi Antonio Quterres qan axıdılmasını təcili dayandırmağa çağırıb.

Donetsk vilayətində böyük şəhər olan Mariupol bir həftədən çoxdur mühasirədədir, şəhərdə işıq, istilik, yemək yoxdur. Martın 9-da şəhər xəstəxanasına güclü aviazərbə endirilib, xəstəxananın doğum şöbəsinə ziyan dəyib. 17 yaralının olduğu bildirilir. “Mariupolda doğum və uşaq şöbələrinin yerləşdiyi xəstəxanalara hücum dəhşətlidir. Dinc sakinlər onlara heç dəxli olmayan müharibəyə görə ən ağır bədəli ödəyirlər. Bu mənasız zorakılıq dayandırılmalıdır. Qan axıdılmasını indi dayandırın”, – Quterres bildirib. ABŞ-ın Dövlət katibi Entoni Blinken isə Mariupolun mühasirəsini Leninqradın blokadası ilə müqayisə edib.

“Hər bir rus Böyük Vətən Müharibəsi vaxtı Leninqradın blokadasından xəbərdardır. Təəssüf ki, tarix təkrarlanır. İndi Rusiya hökuməti Ukrayna şəhərini aclıqla məhv edir”, – o, tvitində yazıb.

Artıq Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanmasından bəri 516 dinc sakin öldürülüb, 908 nəfər yaralanıb. Məlumatı BMT-nin İsan Haqları üzrə Ali Komissarlığı açıqlayıb. Ən çox ölən Donetsk və Luqansk vilayətlərindədir: 111 ölü, 462 yaralı. Faktiki itki sayının daha böyük olduğu bildirilir. Çünki intensiv döyüş gedən ərazilərdən informasiya gec əldə edilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol