Menu

Ukraynanın Xarkov vilayətinə hava bombaları atılıb - Dinc sakinlər həlak olub

10.03.2022, 23:08
Ukraynanın Xarkov vilayətinə hava bombaları atılıb - Dinc sakinlər həlak olub

Ukraynanın Xarkov vilayətinin Slobojanskoye kəndinə altı hava bombası atılıb.

"Report" UNİAN-a istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Burada heç vaxt hərbi infrastruktur obyekti olmayıb. Buna baxmayaraq, rusiyalı hərbçilər kəndin yaşayış məntəqələrini vurmağa qərar veriblər", - məlumatda deyilir.

Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb. Biri qadın, ikisi uşaq olmaqla 7 nəfər ölüb.

Binanın dağıntıları arasında axtarış işləri davam etdirilir. Ölənlər barədə məlumat dəqiqləşdirilir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 71 uşaq ölüb, 100-dən çox uşaq isə yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol