Menu

Yetkinlik yaşına çatmayan məhkumlar yeni binaya köçürülür

11.03.2022, 12:06
Yetkinlik yaşına çatmayan məhkumlar yeni binaya köçürülür

Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni cəzaçəkmə müəssisəsi inşa olunub.

APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib. O bildirib ki, artıq binanın tikintisi tam başa çatıb: “Bina tam standartlara uyğun inşa edilib. Binada yetkinlik yaşına çatmayan məhkumlara psixoloji xidmətlər üçün də şərait yaradılıb. Yaxın günlərdə bina istifadəyə veriləcək və yetkinlik yaşına çatmayan məhkumlar ora köçürüləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol