Rusiya xarici işlər naziri Sergey Lavrovun ögey qızı Polina Kovalevanın İngiltərədə dəbdəbəli həyat yaşadığı məlum olub.
“AzPolitika.info” “The Thimes” nəşrinə istinadla xəbər verir ki, 26 yaşlı Polina Kovaleva Londonun məşhur məhəllələrindən sayılan Kensinqtonda təxminən 5 milyon dollar dəyəri olan mənzildə yaşayır.
Məlumatda qeyd olunur ki, Kovaleva Lavrovun bütün beynəlxalq səfərlərində iştirak edir və onlar birlikdə ən azı 60 dəfə rəsmi təyyarə ilə müxtəlif ölkələrə səyahət ediblər. Kovalevanın Bristolda özəl liseyi bitirdikdən sonra Loughborough Universitetində iqtisadiyyat və siyasi elmlər üzrə təhsil aldığı və London İmperial Kollecində iqtisadiyyat üzrə magistr dərəcəsinə yüksəldiyi qeyd olunur. Ali təhsilini başa vuran Kovaleva əvvəlcə Rusiyanın “Qazprom” enerji şirkətində, daha sonra isə “Glencore” mədən şirkətində çalışıb. Kovalevanın lüks mənzili almamışdan əvvəl Londondakı Rusiya səfirinin evində yaşadığı da məlum olub. Onun təxminən 5 milyon dollarlıq evi 2016-cı ildə hələ 21 yaşında ikən aldığı və evin yerləşdiyi binada hovuz, idman zalı, kinoteatr və spa kimi xidmətlərin olduğu bildirilir.

İngiltərə hökuməti Kovalevanın əsas maliyyə mənbəyinin ögey atası Lavrov olduğunu, bu səbəbdən onun da sanksiyalarla üzləşəcəyini qeyd edirlər. FBK rəsmisi Pevçix bildirib ki, Kovalevanın bioloji atası və həyat yoldaşı oliqarx deyil: “Ona görə də, bu izaholunmaz zənginliklə bağlı Kovalevanın bütün var-dövləti müsadirə oluna bilər”.
“AzPolitika.info”


Şərhlər