Menu

"Ukraynada hərbi əməliyyatlar nəticəsində 549 dinc sakin ölüb" - BMT

11.03.2022, 22:10
"Ukraynada hərbi əməliyyatlar nəticəsində 549 dinc sakin ölüb" - BMT

Ukraynada hərbi əməliyyatlar nəticəsində 549 dinc sakin həlak olub, daha 957 nəfər isə yaralanıb. “Report” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Liz Trossel bildirib.

“Rusiya qüvvələrinin əhalinin məskunlaşdığı ərazilərdə və ya onun yaxınlığında uzaqmənzilli silahlardan istifadə etməsi nəticəsində dinc sakinlər öldürülür və şikəst edilir. Bunlara ağır artilleriya mərmiləri, raketlər, hava hücumları daxildir”, - BMT Ali Komandanlığının bəyanatında deyilir.

Təşkilatın məlumatına görə, qaçqınların ümumi sayı 2,5 milyon nəfəri keçib.

Şərhlər

Seid Ənhu 2022-03-11 22:50:26

Vəziyyət nə qədər ağır olsa da insan nəşi ilə belə raftar etmək yolverilməzdir. Mən sosşəbəkədən bu mərasimi əks etdirən kadrları izlədim və dəhşətə gəldim. Əvvəla, bu insanlar haqsızlığın qurbanı olub. Zülmlə vahimə içində öldürülüb. Üstəlik də onları bihörmət şəkildə quyuya tolazlamaq ona zülm üstündən zülm etmək kimi görünür. Hər halda onları ussuf halda da xəndəyə zatmaq olardı. Hər halda dəfn komissiyasında bir kilsə nümayəndəsi də olmalı idi. Nə deyək. ALLAH-TƏALA həzrətləri onları hansı dində olmasından asılı olmayaraq ÖZ cənnəti ilə müjdələsin. Dünyanın cəfasını çəkdilər, axirətin səfasını çəksinlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol