Menu

74 manata möhtac körpə - VİDEO

11.03.2022, 22:52
74 manata möhtac körpə - VİDEO

6 yaşlı İsmayıl serebral iflicdən  çəkir. 2017-ci ildə pəncərədən yıxılaraq xəsarət alan azyaşlının ailəsi onun xəstəliyi ilə əlaqədar Kürdəmirdən Bakıya köçüb. İsmayıl bir müddət müalicə edilib. Lakin sonradan ailəsinin maddi durumu səbəbindən müalicəsi dayanıb və qıcolmaları artmağa başlayıb.

Uşağın anası Aynurə Əhmədovanın sözlərinə görə, övladının müalicəsi üçün son çarə olaraq bütün qızıllarını satıb.

Azyaşlının atasının səhhətində problem olduğundan işsizdir. Kirəyə pulunu isə İsmayılın pensiyası ilə ödəyirlər.

Ailənin müayinə və müalicələri davam etdirmək üçün maddi dəstəyə ehtiyacı var. İsmayılın müalicəsində istifadə olunan dərmanın qiyməti 74 manatdır.

Daha ətraflı Baku TV-nin sujetində:

Şərhlər

SabinaK 2022-03-12 10:30:55

Anladım da hər şeyi amma kömək necə edək onu bilmədim!!

Əziz 2022-03-11 23:33:31

Ailə ilə necə əlaqə yarada bilərik?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol