Bu gün Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb. Lakin Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba onun sözlərini təkzib edib.
“Danışıqlarda heç bir irəliləyiş olmayıb. Ona görə də prezident Putinin hansı tərəqqidən danışdığını anlamaq mənim üçün çətindir”, - Kuleba bildirib.
Nazirin sözlərinə görə, bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla yüksək səviyyəli danışıqlar da heç bir nəticə verməyib.


Şərhlər
"-GÖRÜŞDƏ İRƏLİLƏYİŞ OLUB " FRAZASI OLDUQCA TƏHLÜKƏLİ FRAZADIR. BU FACİƏVİ YALANI BİZ AZƏRBAYCANLILAR 30 İL EŞİTMİŞİK. NƏ BADƏ BU SÖZÜN TƏLƏSİNƏ DÜŞƏSİNİZ..BUNU UKRAYNA SEQMENTİNƏ BİR MƏSLƏHƏT OLARAQ ÇATDIRIRAM.