Menu

"Gürcüstanın Zəngəzur dəhlizindən kənarda qalacağı doğru deyil" - XİN başçısı

12.03.2022, 12:24
"Gürcüstanın Zəngəzur dəhlizindən kənarda qalacağı doğru deyil" - XİN başçısı

“Fərqli formatlarla işləyirik. Altılıq formatına gəldikdə isə, tərəflər kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar. Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq. Həmin dəhliz işə salınarsa, 6 ölkə üçün faydalı olacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.

“Bəziləri Gürcüstanın bundan kənarda qalacağını deyir. Lakin bu, doğru deyil, Gürcüstan da dəhlizdən istifadə edə biləcək. Hazırda Gürcüstanla İran arasında dəmir yolu xətti yoxdur. Əgər Zəngəzur dəhlizi həyata keçsə, bu iki ölkə arasında dəmir yolu əlaqəsi yaranacaq”, - nazir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol