Menu

"Ermənistanın xarici işlər naziri ilə görüş səmərəli keçdi" - Mövlud Çavuşoğlu

12.03.2022, 13:07
"Ermənistanın xarici işlər naziri ilə görüş səmərəli keçdi" - Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü müsbət qiymətləndirib.

“Report” xəbər verir ki, o, görüşün səmərəli keçdiyini bildirib.

Görüş mətbuata qapalalı baş tutub. Diplomatlar ikitərəfli əlaqələrin inkişafı və digər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu gün Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bundan başqa, A.Mirzoyan Türkiyənin Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla da bir araya gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol