Menu

Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak etmək istəmir - Enerji naziri

13.03.2022, 00:03
Türkiyə Rusiyaya qarşı sanksiyalarda iştirak etmək istəmir - Enerji naziri

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz bəyan edib ki, Türkiyə Rusiyaya qarşı sanksiyaların tərəfi olmaq istəmir, Ankara diplomatiyanın tərəfindədir.

«Bizim prezident də bəyan edib. Biz, Rusiyaya qarşı sanksiyaların tərəfi olmaq istəmirik. Bizim yaxşı ticarət münasibətlərimiz var. Biz, bəyan etmişik ki, məsələnin diplomatik yolla həllinin tərəfindəyik» - «CNN Türk» Dönməzdən sitat gətirir.

Dönməz həm də bəyan edib ki, Ankara gözləyir, Rusiyaya qarşı sanksiyalar ölkəyə Rusiya qazının tədarükünə toxunmayacaq.

«Biz, gözləyirik, bu, bizə toxunmayacaq. Belə söhbət olmayıb. Bizim də tez-tez dialoqumuz olur. Təbii qazın tədarükü məsələsində Türkiyənin problemi yoxdur» - nazir deyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol