Rusiya ilə ABŞ və NATO arasında münaqişənin üçüncü dünya müharibəsinə qədər «inkişaf» etmək təhlükəsi var, deməli ABŞ ondan qaçacaq.
Bu barədə ABŞ Prezidenti Co Bayden bəyan edib. Bu zaman Bayden qeyd edib ki, Ştatlar bu və ya başqa formada NATO-nu müdafiə etmək niyyətindədir.
Ağ Ev həm də artıq sanksiya altında olan Rusiya banklarının rəhbərliyinə qarşı tam sanksiya elan edib. G7 və Avroittifaq ölkələri ilə birgə tədbirlər Rusiya elitasına və onların ailəsinə təsir edəcək. Yeni qadağalar altına düşənlərin sırasında Rusiya iş adamı Yuri Kovalçuk, artıq sanksiya altında olan bankların rəhbərləri, LDXR-nın tanınması təşəbbüsü ilə çıxış etmiş Dövlət Dumasının deputatları da var. Həm də xəbər verilir ki, ABŞ lideri yeni büdcəni imzalamaq niyyətindədir. Bu sənəd Ukraynaya rekord köməyi nəzərdə tutur.
Nəhayət, Bayden bəyan edib ki, əgər Rusiya Ukraynada hərbi əməliyyatların gedişində kimyəvi silahdan istifadə etsə, ciddi bədəl ödəməli olacaq.
AzPolitika.info


Şərhlər