Menu

Sıradan çıxarılan Rusiya hərbi texnikasının qiyməti açıqlanıb

12.03.2022, 23:53
Sıradan çıxarılan Rusiya hərbi texnikasının qiyməti açıqlanıb

Ukrayna ordusu tərəfindən sıradan çıxarılan Rusiya hərbi texnikasının qiyməti açıqlanıb. "Report" xəbər verir ki, bu barədə “Forbes Ukraine” nəşri yazıb.

Hesablamalara görə, Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 milyard dollarlıq (ABŞ dolları-red) hərbi texnikasını sıradan çıxarıb.

“Ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i zirehli döyüş maşınlarının payına düşür. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, təyyarələr və helikopterlər isə 2,4 milyard dollara başa gəlib”, - məlumatda deyilir.

Rusiya ən böyük itkini fevralın 25-də, ən az itkini isə martın 2-də verib.

Şərhlər

TT 2022-03-13 07:44:54

El helal xaxollara !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol