Menu

Qarabağdakı qondarma rejimin məmurları ərazidən qaçırlar

13.03.2022, 00:14
Qarabağdakı qondarma rejimin məmurları  ərazidən qaçırlar

Telegramın Ermənistan seqmentində yayılan məlumatlarda bildirilir ki, separatçı rejimin “məmurları” və onların ailə üzvləri Qarabağdan qaçırlar.

Ermənistanın telegram kanallarında qeyd olunur ki, hazırda ermənilərlə azərbaycanlıların təmas xəttinin müxtəlif bölmələrində gərginlik artıb. Bu səbəbdən də separatçı rejimin “məmurları” Ermənistana köçürülür.

Qeyd olunur ki, separatçı rejimin “prezidenti” “Milli Təhlükəsizlik Xidmətinə” məlumatın dərhal dəqiqləşdirilməsi haqqında tapşırıq verib. Qondarma rejimin "prezidenti" bildirib ki, belə halın baş verməsi dəqiqləşərsə, həmin "məmurlar" ictimaiyyət qarşısında cəzalanacaq. 

Şərhlər

Moshu 2022-03-13 11:12:58

Üçüncü Vətən müharibəsinin başlanmasına hər hansı bir ehtiyac varmı? İkinci Vətən müharibəsi hələ tam bitməyib, bu onun bitmə fazalarının belə demək olarsa bir mərhələsidir. Məs., harada görünüb ki, Rusiya Serbiyanın dövlət kimi razılığı olmadan ona qaz, nöyüt versin, lap elə götürək Venesuelanı. Bu ölkənin razılığı olmadan ona hərbi yardım etsin, beynəlxalq səviyyədə dəstəkləsin. Birinci Qarabağ müharibəsindən sonra öz hərbi qüdrətimizi ortaya qoyub 30 ildən sonra Vətənimizin bir hissəsini azadlığa qovuşdurduq. Bizə yenə 30 il lazımdır ki, bütün ərazimizi azad edək? Baxın görün Qərb Rusiyanın kislorodunu necə kəsir? Nəmənədir Ermənistan ki, mənim ərazimə qaz, neft verir, onun ərazisindən ərazimə arzuolunmayan fərdlər daxil olur. Suallar çoxdur, cavabları aramaq vaxtıdır. Mən öz ərazimdə əzan səsini də böyük kolonkalar vasitəsilə ölkənin bütün ərazisində yayımlayacağam, radio televiziyada olduğu kimi hər səhər dövlət himnimizi səsləndirəcəyəm, bunun Makrona və ya Minsk həmsədlərinə nə aidiyyəti? Fransada hər hansı tədbir keçilirsə onun Azərbaycana nə aidiyyəti (Azərbaycanın maraqlarına toxunmamaq şərtilə). Niyə bizim hərbi təyyarələrimiz Xankəndinin və işğalda qalmış ərazilərimizin üzərindən uçmasın? Buna Putin nə deyə biləsidir? Hazırda Rusiyanın başı özünə qarışıb, yaxşı da heç nə görünmür. Sülhməramlılar da insandırlar, onların da ailələri var. Bizim Fazil, Ziya Məmmədovlarimiz, Əbülfəz Qarayevlərimiz, Elmar Məmmədyarovlarımız, Eldar Mahmudovlarımız, Ramiz Mehdiyevlərimiz qollarını çirməyib, ciblərinin ağzını açıb bu nəcib təşəbbüsə qoşulsalar pis olar? Separatçı rejimin “məmurları” və onların ailə üzvləri Qarabağdan qaçırlarsa, niyə də onlara kömək etməyək? Ən azından yaşadıqları mənzilləri pulunu ödəmək şərtilə onlardan alaq. Nə qədər rusun başı özünə qarışıb, mümkün olası nə varsa bunları etməliyik. Bəxtimiz onda gətirib ki, bizim belə ağıllı, praqmatik, uzaqgörən Prezidentimiz, Türkiyə kimi güvənc yerimiz var. Bəlkə də ikinci belə şansımız ələ düşməyəcək?

Moshu 2022-03-13 10:10:39

Nəcmuddin Sadıkov yaddan çıxmışdı

Moshu 2022-03-13 10:08:37

Əski Xankəndli 2022-03-13 00:41:04

Tale tarixi onların başı üzərindəymiş! Onlara Ukraynada daha geniş fəaliyyət, şücaət dairəsi və yuvası açılıb!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol