Menu

Bakıda evlərə su doldu

03.11.2014, 10:19
Bakıda evlərə su doldu

Noyabrın 3-də gecə Bakıda intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq Nərimanov rayonu ərazisində evdən çıxması çətinləşmiş 5 nəfərə köməklik göstərilib.

Oxşar hadisə Binəqədi rayonunda da yaşanıb. İntensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolması səbəbindən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol