Ukrayna səmasında daha bir rus təyarəsi vurulub. Ukrayna mediası bu barədə xəbər verir.
Məlumata görə, “Şimal” əməliyyat komandanlığının mətbuat xidməti Ukrayna hərbçilərinin rus işğalçılarının təyyarəsini vurduğunu bildirib.
"Çerniqovda hava hücumu zamanı “Su” tipli işğalçıların təyyarəsi indicə vuruldu. Düşmən bombardmançı təyyarəsi meşə zolağına düşüb”, xəbərdə deyilir.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rubijne səmasında Rusiya təyyarəsini vurmuşdu.


Şərhlər