Menu

Ermənilərin dağıtdığı evlər bərpa olunur

03.11.2014, 10:24
Ermənilərin dağıtdığı evlər bərpa olunur

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ağdam rayonunun cəbhə xəttində yerləşən kəndlərində dağıdılmış və zərər çəkmiş evlər bərpa edilir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən 2010-2013-cü illərdə rayonun təmas xəttindən 3 kilometr məsafədə yerləşən Orta Qərvənd, Ayaq Qərvənd, Mirəşelli, Əhmədağalı, Zəngişalı və Çıraqlı kəndlərində 175 ev bərpa olunub, 76 ev yenidən tikilib. Cari ildə isə rayonun Sarıcalı, Şükürağalı və Çəmənli kəndlərində 11 ev təmir olunub, 51 ev yenidən tikilib.

Növbəti mərhələdə rayonun təmas xəttində yerləşən digər kəndlərində də müharibə zamanı zərər çəkmiş evlər bərpa ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol