Menu

“Valyuta ehtiyatımızın 300 milyard dolları dondurulub” - Maliyyə naziri etiraf etdi

14.03.2022, 11:33
“Valyuta ehtiyatımızın 300 milyard dolları dondurulub” - Maliyyə naziri etiraf etdi

Rusiya hazırda 640 milyard dollarlıq valyuta ehtiyatının təxminən yarısından istifadə edə bilmir.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya-1” telekenalına müsahibəsində bildirib.

O, qeyd edib ki, hazırda Mərkəzi Bankın ehtiyatlarının təxminən yarısından, yəni 300 milyard dollarından istifadə etmək mümkün deyil.

Qeyd edək ki, Ukraynanı işğal etməyə çalışan Rusiyanın böyük həcmli valyuta ehtiyatıyla Qərb ölkələrinin sanksiyalarına müqavimət göstərəcəyi təxmin edilirdi.

Amma ağır iqtisadi sanksiyalar nəticəsində “şok” yaşayan Rusiya hökuməti Moskva birjasını martın 18-dək bağlamaq məcburiyyətində qaldı. Ekspertlər bu il Rusiya iqtisadiyyatının təxminən 9 faiz kiçiləcəyini proqnozlaşdırırlar.

“AzPolitika.info”

Şərhlər

Said 2022-03-14 13:41:58

Ukraynada törətdiyiniz ağlasığmaz dağıntıları bu pul ödəməyəcək, üstünü düzəltmək məcburiyyətində qalacaqsınız. Yəni, 300 milyard tü - tü....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol