“Almaniya Rusiya neftindən və qazından imtina məsələsində ən problemli ölkə olaraq qalır. Yeni Rusiya banklarının SWIFT sistemindən ayrılması məsələsində də Almaniya çəkingən mövqe tutur”.
“AzPolitika.info” xəbər verir ki, bunları Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bu gün keçirdiyi onlayn-brifinqdə söyləyib.
Nazir qeyd edib ki, artıq ABŞ, Böyük Britaniya və Kanada Rusiya neftindən, qazından və kömüründən imtina edib. Almaniya üçünsə eyni qərarı qəbul etmək çətindir. Buna baxmayaraq, Ukrayna tərəfi Almaniya ilə danışıqları davam etdirir və bu ölkəni Rusiyadan enerji daşıyıcıları almamağa razı salmağa çalışır: “Çünki Rusiya neftinə və qazına ukraynalıların qanı hopub. Enerji daşıyıcılarına görə ödənilən hər dollar insanlığa qarşı hərbi cinayətlər törədən Rusiya hərbi maşınına xidmət edir”.
“AzPolitika.info”


Şərhlər
hitlerin nəvələrindən bundan artıq nə gözləmək olarki