Menu

“Ukrayna bütün dünyanın gözü qarşısında yanır və məhv edilir” - BMT Baş katibi

15.03.2022, 08:47
“Ukrayna bütün dünyanın gözü qarşısında yanır və məhv edilir” - BMT Baş katibi

BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqlara çağırıb.

“Report” xəbər verir ki, təşkilat rəhbəri bu barədə tviter sosial şəbəkəsindəki hesabında yazıb.

"Ukrayna bütün dünyanın gözü qarşısında yanır və məhv edilir. Bu faciəyə son qoyulmalıdır. Bizə hərbi əməliyyatların dərhal dayandırılması və BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsipləri əsasında ciddi danışıqların aparılması lazımdır", - BMT rəhbəri tviterdəki səhifəsində qeyd edib.

Şərhlər

Nazim 2022-03-15 10:50:01

30 il rusiyanın köməyi ilə Azərbaycan şəhərləri məhv ediləndə heç bir tədbir görmədiz, qətnamələriniz kagız üzərində qaldı!
unutmayın!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol