Menu

Ötən il 2.8 milyard manat vergi borcu ləğv edilib - Nazirlər Kabineti

15.03.2022, 12:21
Ötən il 2.8 milyard manat vergi borcu ləğv edilib - Nazirlər Kabineti

Ötən il Azərbaycanda 218 min 800 vergi ödəyicisinin toplam 3 milyard 255 milyon manat məbləğində vergi borcu yaranıb. Bu borclardan 202 min 800 vergi ödəyicisinə məxsus 2 milyard 865 milyon manatlıq borc ləğv edilib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2021-ci illə bağlı hesabatında yer alıb.

Rəsmi göstəricilərdən aydın olur ki, 2021-ci ilin əvvəlində 71 min 700 vergi ödəyicisinin dövlət büdcəsinə toplam 1 milyard 506 milyon manat vergi borcu olub. Ötən ilin sonunda dövlət büdcəsinə borcu olan vergi ödəyicilərinin sayı 82 min 700-ə, vergi borcları isə 1 milyard 896 milyon manata yüksəlib. Başqa deyimlə il ərzində vergi borcu yaranan vergi ödəyicilərinin sayı 11 min, vergi borcunun məbləği isə 390 milyon manat artıb.

Ötən il boyunca artmış borc məbləğinin 170 milyon manatı (23.9 faizi) səyyar, 334 milyon manatı (46.9 faizi) kameral vergi yoxlamaları nəticəsində yaranıb. Vergi ödəyicisinin bəyannamələrinə görə formalaşan borc həcmi 145 milyon manat olub. 2021-ci ilin sonunda sosial sığorta üzrə 145 min 100 vergi ödəyicisinin 199 milyon 700 min manat, işsizlikdən sığorta üzrə isə 20 min 800 vergi ödəyicisinin toplam 2 milyon 500 min manat məbləğində vergi borcu qalıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol