“Milli Məclisdə bir neçə dəfə səsləndirilib ki, hökumətin hesabatının müzakirəsinə çox az vaxt (1 gün) verilir. Bununla da təklifləri çatdırmaq mümkün deyil. Yeganə yol burada çıxış etməkdir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, sanki burada hökumət Milli Məclisə yox, Milli Məclis hökumətə hesabat verir:
“Ona görə də mənə çıxış etmək üçün şərait yaradılsın”.
Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, S.Rüstəmxanlı sırada 29-cu yazılıb:
“Vaxt olsa, sizə söz verəcəyəm”.


Şərhlər
Sabir MÜƏLLİM, öz sahəsi ilə ciddi məşğul deputatın sualı öncədən hazır olmalıdır!? Ötən günlər Ukrayna iki mühüm operativ qərar qəbul edib-1)Qabiliyyəti olan vətəndaş Vətənini müdafiə və müdafiəyə yardım etməlidir! 2)Vətənə-ölkəsinə iddialı hər kəsin mülkiyyəti təzminatsız müsadirə edilir! İkinci qanun Sizcə, Azərbaycan üçün çoxdan aktual deyilmi?