Menu

"Ukraynadakı vəziyyətlə bağlı hökumət əlavə tədbir görməlidir" - Əli Məsimli

15.03.2022, 16:49
"Ukraynadakı vəziyyətlə bağlı hökumət əlavə tədbir görməlidir" - Əli Məsimli

"Ukrayna ətrafında baş verən hadisələr Azərbaycana iqtisadi təsirini göstərəcək".

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsində deyib.

"Bu münaqişə qida zəncirinin bütün həlqələrində böyük qırılmalar yaradacaq. Bu problemləri qısa müddətdə aradan qaldırmaq lazımdır. Bu və digər məsələlərlə bağlı hökumətin əlavə tədbirlər görməsinə ehtiyac var", - deyə o qeyd edib.

Şərhlər

Kohne 2022-03-15 17:28:42

Bu sagdiiii????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol