Menu

“NATO-ya daxil ola bilmərik" - Ukrayna Prezidenti

15.03.2022, 17:44
“NATO-ya daxil ola bilmərik" - Ukrayna Prezidenti

“NATO-ya daxil ola bilmərik. Biz bunu etiraf etməliyik”.

“Report” xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ukrayna NATO müqaviləsinin 5-ci maddəsini aktivləşdirmək niyyətində deyil. Mən şadam ki, xalqımız bunu başa düşür. İnsanlarımız bizə kömək edən tərəfdaşlarımıza arxalanırlar”, - o deyib.

Dövlət başçısı həmçinin Rusiyanın Ukraynaya hücumundan da danışıb: “Rusiyanın “döyüş maşını” hələ də dayandırıla, insanların ölümünün qarşısı alına bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol