Menu

Nazarbayevin yaxın ətrafına qarşı əməliyyat - Kürəkəni və bacısı oğlu həbs edildi

16.03.2022, 13:01
Nazarbayevin yaxın ətrafına qarşı əməliyyat - Kürəkəni və bacısı oğlu həbs edildi

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsinin həyat yoldaşı Kayrat Boranbayev saxlanılıb. KazTAG xəbər agentliyi və Vlast.kz vebsaytı martın 15-də maliyyə polisinə yaxın mənbələrə istinadla bildiriblər ki, 55 yaşlı Boranbayev dəqiq bilinməyən korrupsiya işi üzrə dindiriləndən sonra təcridxanaya salınıb. Ölkə rəsmiləri məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Qeyd edək ki, Kayrat Boranbayev “McDonalds”-ın Rusiya və Belarus franşizalarının sahibidi. Boranbayevin neft-qaz sektorunda da layihələri var. O, Qazaxıstanda iri ticarət mərkəzlərinin sahibidir.

Boranbayevin qızı Alimə Boranbayeva Nazarbayevin nəvəsi Aysultan Nazarbayevlə 2013-cü ildə ailə qurub. Narkotik maddə asılılığından əziyyət çəkən və Böyük Britaniyada hüquqi problemləri çıxan Aysultan Nazarbayev 2020-ci ilin sentyabrında Londonda, 29 yaşında vəfat edib.

Boranbayevin saxlanma xəbərindən bir neçə saat öncə yayılmış rəsmi məlumata görə, Nazarbayevin bacısı oğlu Kayrat Satibalduli barəsində mənimsəmə və hakimiyyətdən sui-istifadə ittihamıyla iki aylıq həbs qətimkan tədbiri seçilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol