Menu

Sergey Lavrov Türkiyənin vasitəçiliyini müsbət qiymətləndirib

16.03.2022, 13:18
Sergey Lavrov Türkiyənin vasitəçiliyini müsbət qiymətləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və İsrailin vasitəçiliyinə münasibət bildirib.

“Report” TASS-a istinaədn xəbər verir ki, o, bu barədə RBC kanalına müsahibəsində deyib.

“Əlbəttə, müharibəyə qoşulmayan ölkələrin, o cümlədən Türkiyənin vasitəçiliyini müsbət qiymətləndiririk” - o deyib.

S.Lavrov həmçinin vurğulayıb ki, vasitəçiliklə bağlı İsveçrədən də təkliflər gəlir. Nazir Rusiya əleyhinə sanksiyalara qoşulmuş ölkələrin vasitəçiliyindən imtina etdiyini söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol