“Rusiya yenidən bataqlığa çevriləcək və Rusiyanın işğalına məruz qalmış ölkələr müstəqil olacaqlar”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov mətbuata açıqlamasında deyib.
Danilov Rusiyanın ətrafında böyük bir “hasar” çəkilməli olduğunu bildirib: “Rusiyaya qarşı əsas bir sanksiya olmalıdır: Bu ölkənin ətrafında böyük bir hasar çəkilməlidir ki, oradan Putin raşizmini dəstəkləyən bir nəfər də kənara çıxa bilməsin. Bu, ən güclü sanksiya olardı. Sadəcə, onları qapatmaq. Qoy vaxtilə ayılar gəzdiyi kimi tayqada dolaşsınlar... Sanksiyalar elə olmalıdır ki, bu ərazilər tamamilə konservləşdirilsin. Necə ki, əvvəllər bataqlıq idi, bataqlıq olaraq da qalmalıdır”.
Danilov əlavə edib ki, Rusiya bu gedişlə 300-500 il əvvəl olduğu kimi, Moskoviyadan ibarət olacaq, Tatarıstan, Çeçenistan və digər bölgələr ondan qopacaq və azadlıq qazanacaqlar.
“AzPolitika.info”


Şərhlər
Cox gözəl səslənir-Moskoviya.
Bu Ukraynalılar çox mükrmmel ve würurlu milletdir,hötmete kayis bir milletdir,Kişi Milletdir.