Menu

Ukraynanın Mariupol şəhərində dram teatrı partladılıb - FOTOLAR

16.03.2022, 22:53
Ukraynanın Mariupol şəhərində dram teatrı partladılıb - FOTOLAR

Ukraynanın Mariupol şəhərində dram teatrı partladılıb.

APA Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bina Ukraynanın "Azov" taborunun döyüşçüləri tərəfindən partladılıb.

“Ukraynanın "Azov" taborunun döyüşçüləri minalanmış teatr binasını partladıblar”, - deyə məlumatda bildirilir.

Ukrayna mediasının yazdığına görə, dram teatrı binasını Rusiya ordusu partladıb. Həmin bina yüzlərlə insan tərəfindən sığıncaq kimi istifadə olunurdu.

Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Mariupolda Rusiya hərbçiləri Dram Teatrına bomba atıblar. Binada yüzlərlə insanın gizləndiyi qeyd edilir.

Bu barədə Ukraynanın Mariupol Şəhər Şurası xəbər verir. Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Bildirilir ki, partlayışdan sonra Dram Teatrının mərkəzi hissəsi dağılıb. Bomba sığınacağına giriş isə dağıntılar altında qalıb.

Mənbə: rbc.ua

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol