Menu

DAŞKƏNDDƏN CƏSARƏTLİ AÇIQLAMA - “Qondarma respublikaları tanımırıq və Ukraynaya..."

17.03.2022, 13:15
DAŞKƏNDDƏN CƏSARƏTLİ AÇIQLAMA - “Qondarma respublikaları tanımırıq və Ukraynaya..."

“Biz Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Biz Luqansk və Donetsk "respublika"larını tanımırıq”.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ölkə Senatının plenar iclasında deyib.

“Birincisi, Ukrayna ətrafındakı vəziyyət Özbəkistanda ciddi narahatlıq yaradıb. İkincisi, Özbəkistan vəziyyətin və münaqişənin sülh danışıqları və diplomatik yollarla həllinə sadiqdir. Bunun üçün ilk növbədə düşmənçilik və zorakılıq dərhal dayandırılmalıdır”, - o bildirib.

XİN başçısı Özbəkistanın milli maraqlarından irəli gələrək hər iki ölkə ilə əlverişli əməkdaşlığı davam etdirəcəyini söyləsə də, Ukraynaya dəstək olacağını da vurğulayıb.

“Biz belə çətin günlərdə Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyik”, - nazir bildirib.

Qeyd edək ki, Özbəkistan Ukraynaya 28 ton humanitar yardım göndərib.

Şərhlər

Elmira 2022-03-17 11:59:25

Sağ ol, Özbəkistan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol