Menu

Tağı Əhmədovdan sələmə 2 milyon manat aldığını deyən şəxsə hökm oxunub

17.03.2022, 13:30
Tağı Əhmədovdan sələmə 2 milyon manat aldığını deyən şəxsə hökm oxunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Səadət Xəlilov verilmiş ittihamla təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub.

Prokuror təqsirləndirilən şəxsə 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov onun 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Ötən ilin dekabr ayında keçirilən məhkəmə iclaslarına gəlmədiklərinə görə onlar haqqında axtarış elan edilərək hər ikisi həbs edilib. Bundan sonra Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov hazırda tək mühakimə olunur.

S.Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da Səadət Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

Şərhlər

Roma 2022-03-17 14:41:44

Tağı müəllim iddia edirdi ki, MTN-ə 3 milyon vermişəm və bu da mənim, 40 illik əmək haqqım idi, yığmışdım. İndi də 2 milyon, əgər həmin templə Tağı müəllim əmək haqqını yığıbsa bu da 27 illik əmək haqqıdır və cəm olaraq 67 illik əmək haqqı edir, burada adamın Tağı müəllimə paxıllığı tutur ki, görün bu adam nə qədər uzaqgörənimiş və 50-60 ildən sonra başına gələ biləcək neqativ halların qarşısını almaq üçün pul toplayıbmış və yaxud da Tağı müəllim, millətin bəzi nümayəndələrini, içi mən qarışıq, barmağına dolayır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol