Menu

MOSKVA VƏ KİYEV RAZILIĞA GƏLDİLƏR - Hələlik bir məsələdə...

17.03.2022, 18:18
MOSKVA VƏ KİYEV RAZILIĞA GƏLDİLƏR - Hələlik bir məsələdə...

Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl atom-elektrik stansiyasının təhlükəsizliyinin birgə təmin olunması barədə razılıq əldə edib. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, tərəflər enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər.

“Rusiya hərbçiləri tərəfindən Çernobıl AES-in nəzarətə götürülməsi onun təhlükəsizliyinə xələl gətirməyəcək şəkildə həyata keçirilib”, - diplomat vurğulayıb.

M.Zaxarova bildirib ki, Rusiya tərəfi sözügedən obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.

Mənbə: RİA Novosti

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol