“Erməni qartalları” adlı terrorçu qruplaşmanın başçısı Xaçik Asryan Moskvanın Ermənistandakı səfiri Sergey Kopırkinə məktub ünvanlayaraq, Vladimir Putindən Ukraynadakı döyüşlərə qatılmaq üçün icazə istəyib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, könüllülərdən ibarət hərbi dəstə Vladimir Putinin izasi İlə Donbasa gedərək, Ukrayna ordusuna qarşı döyüşməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, sözügedən terrorçu qruplaşma 2010-cu ildə Ermənistanda “Vahid Ermənistan” partiyasının tərkibində yaradılıb və 2016-cı ildə Aprel döyüşləri zamanı Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.
“AzPolitika.info”


Şərhlər
Deyəsən Bayraktarın dadı dallarınında qalıb
Ayə qoymeyin üstümə İrasim gəler...