Menu

“Rusiya ilə danışıqların dördüncü raundu ağır keçir” - Podolyak

17.03.2022, 22:47
“Rusiya ilə danışıqların dördüncü raundu ağır keçir” - Podolyak

“Rusiya ilə danışıqlar ağır keçir, tərəflərin mövqeləri fərqlidir”.

“Report” UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində yazıb.

“Tərəflərin mövqeləri fərqlidir. Bizim üçün prinsipial məsələlər toxunulmazdır”, - Prezidentin Ofis rəhbərinin müşaviri vurğulayıb.

“Danışıqlar prosesinin içərisində olmayan fəal şərhçilərə yumşaq şəkildə məsləhət vermək istəyirəm. Ciddi mübarizə aparan ölkədə yalanlarınızı yaymayın”, - M.Podolyak qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol