Menu

“Rusiya hərbçilərinin Ukraynada etdikləri qeyri-insanidir” - Bayden

18.03.2022, 00:48
“Rusiya hərbçilərinin Ukraynada etdikləri qeyri-insanidir” -  Bayden

ABŞ prezidenti Co Bayden Rusiya qoşunlarının Ukrayna ərazisindəki fəaliyyətini qeyri-insani hesab etdiyini bildirib. O, bunu İrlandiyanın baş naziri Mixol Martinlə virtual görüşü zamanı deyib.

Dövlət başçısı Qərbi bu məsələdə birlik nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, dünən ABŞ prezidenti rusiyalı həmkarını hərbi cinayətkar adlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Baydenin ritorikasını qəbuledilməz və bağışlanmaz adlandırıb.

Şərhlər

t.ədalət 2022-03-18 09:38:23

Rusiyanın hər yerdə Əfqanıstanda,Qazaxıstanda,Azərbaycanda və başqa yerlərdə etdikləri hamısı anti-insanidir.Nə olsun ki,rusların da arasında humanist insanlar var,əksəriyyəti isə bəşəriyyət üçün təhlükədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol