Menu

Ağcabədiyə yeni prokuror təyin edilib

18.03.2022, 10:34
Ağcabədiyə yeni prokuror təyin edilib

Ağcabədi rayonuna yeni prokuror təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a məlumatı təsdiqləyib.

Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol